Yolbilən · Odd Lantern Labs

İstifadə şərtləri

Son yenilənmə: 21 noyabr 2026

Qaralama. Bu mətn hələ hüquqşünas tərəfindən yoxlanılmayıb və dəyişə bilər.

Bu şərtlər Yolbilən tətbiqindən istifadə qaydalarını müəyyən edir. Yolbilən-i Odd Lantern Labs hazırlayır və idarə edir. Tətbiqdən istifadə etməklə bu şərtləri qəbul etmiş olursan.

1. Yolbilən nədir

Yolbilən sürücülük vəsiqəsinin nəzəri imtahanına hazırlaşmaq üçün tətbiqdir: dərslər, mövzular üzrə suallar, səhvlər üzərində iş, sınaq imtahanları və yol nişanları.

2. Rəsmi tətbiq deyil

Yolbilən heç bir dövlət orqanının, o cümlədən Daxili İşlər Nazirliyinin və Dövlət Yol Polisinin tətbiqi deyil və onlarla əlaqəli deyil. Tətbiqdəki suallar rəsmi imtahan sualları deyil: onları «Yol hərəkəti haqqında» Qanunun mətni əsasında özümüz yazırıq.

3. Məzmun

Sualların, izahların və dərslərin düzgün olmasına çalışırıq, amma səhv ola bilər və qanunlar dəyişə bilər. Qanunun rəsmi mətni ilə tətbiq arasında fərq olsa, qanunun mətni əsasdır. Səhv görsən, bizə yaz: salam@yolbilen.app. Yolbilən imtahandan keçəcəyinə zəmanət vermir.

4. Hesab

Yolbilən-ə Google hesabı ilə daxil olursan. Hesab bir nəfər üçündür. Google hesabının təhlükəsizliyinə özün cavabdehsən. Hesabını istənilən vaxt tətbiqdə silə bilərsən (necə).

5. Pulsuz və ödənişli imkanlar

Yolbilənin əsas imkanları pulsuzdur. Tətbiq reklam göstərir və gündə müəyyən sayda pulsuz sınaq imtahanı verir. Gələcəkdə istəyə bağlı ödənişli imkanlar əlavə etməyi planlaşdırırıq. Qiymət və şərtlər alışdan əvvəl tətbiqdə göstəriləcək və bu şərtlər ondan əvvəl yenilənəcək. Hesabı silmək ödənilmiş məbləğin qaytarılması demək deyil.

6. Nəyi etmək olmaz

Bu qaydaları pozan hesabı dayandıra və ya silə bilərik.

7. Məzmun hüquqları

Tətbiqin mətnləri, izahları, dizaynı və öz çəkdiyimiz şəkillər Odd Lantern Labs-a məxsusdur. Yol nişanlarının bəzi şəkilləri ictimai mülkiyyətdə olan və ya sərbəst lisenziyalı mənbələrdən götürülüb, hər birinin mənbəyi qeyd olunub. Qanunun mətni hamı üçün açıqdır.

8. Məsuliyyət

Yolbilən “olduğu kimi” təqdim olunur. Qanunun icazə verdiyi həddə imtahanın nəticəsinə, tətbiqin müvəqqəti işləməməsinə və ya dolayı zərərə görə məsuliyyət daşımırıq.

9. Xidmətin dəyişməsi

Tətbiqi yeniləyə, imkanları dəyişə və ya xidməti dayandıra bilərik. Xidmət dayanacaqsa, əvvəlcədən xəbər verəcəyik.

10. Tətbiq olunan hüquq

Bu şərtlərə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur.

11. Dəyişikliklər və əlaqə

Şərtlər dəyişəndə səhifənin yuxarısındakı tarix yenilənir. Sualın olsa, yaz: salam@yolbilen.app. Məlumatlarla bağlı qaydalar məxfilik siyasətində yazılıb.